25 нояб. 2012 г.

MULTI-STUDDED ZARA SKIRT look

Təbriklər Seva!!! Çox uğurlu başlanğıc idi. Belə davam!!!
Məndən ilk look! Əsas obyekt Zara-dan bu sezonun favoriti olan stud (azərbaycanca məntiqli qarşılığını tapa bilmədim; poliqlotda -  zaponka, taxma düymə kimi tərcümə olunur) bəzəkli ətəkdir (yəni yubka :))

Mənim lookbookuma daxil olanlar:
  1. ZARA MULTI-STUDDED PEPLUM MINI SKIRT - 45 AZN
  2. Bershka gold detail shirt - 39 AZN
  3. ZARA COWBOY ANKLE BOOT - 99 AZN 
  4. ZARA LEATHER BIKER COAT -149 AZN
  5.  STRADİVARİUS Messenger bag with studs - 39 AZN
  6. MANGO EMBOSSED PYRAMID EARRINGS - 19 AZN
  7. NEXT Black Core Leather Gloves - 26 AZN (28 Mall NEXT dükanı)
  8. BERSHKA Coloured tights - 10 AZN



Beləliklə, bu lookda yaz və payız aylarında paltonu dəri gödəkcə və ya casual stil pencəklə dəyişmək olar, sözsüz ki onda əlcəkləri çıxarmalı olacaqsız. Həmçinin Bershka sadə qara tight da zövqə görə müxtəlif naxışlı və rəngli (qəhvəyi tonlarda) olanlarla əvəz oluna bilər; belələrinə şəhərdə geniş yayılmış Pentidən sərfəli qiymtlərlə əldə edə bilərsiniz. Ayaqqabıya keçsək, mənim fikrimcə bu ətək və sadə qara köynəkdən ibarət kombinasiya çətin ki qısa boğazlı botdan başqa nə iləsə bu qədər gözəl bir-birini tamamlasın. Çantanı massangar - yəni poçtolyon stilindən çıxarmamaq şərtilə rəngi bejə dəyişmək olar. Aksessuarlara isə QIZILI (yenə sezonun favoriti) rəngli bilərzik, saat (qara/bej kəmərli) və üzük əlavə etmək olar. Məhz bu Bershka köynəkdə boyunbağı imitasiyası olduğu üçün aydın məsələdir ki, ikincisi artıq olacaq.
Bu qədər! Əlavələriniz vəya suallarınız varsa MÜTLƏQ comment yazın!
Hamıya GOOD LOOK!
Günay ©

Комментариев нет: