9 дек. 2012 г.

Bu sezonun dəb nümayişlərində əsas TRENDlər...

Hər sezon fərqli brendlərin dəb nümayişlərində üst-üstə düşən aksessuar, rəng və ya detallar olur. Aydın məsələdir ki, podyum və mağazalarda sıxlıqla rast gəlinən geyim və ya aksessuar nümunələri həmin sezonun trendinə çevrilir. Gəlin baxaq, bu sezoun trendləri nələrdir?

Beləliklə bu sezonun əsas trendlərindən biri Lanvin,  Borsalino,  Balenciaga, Prada, Dior kimi markalarda bu dönəm sıx rast gəlinən tünd göy rəngdir.


Növbəti trend əslində dəbdə yenilik deyil. Həmişə dəb nümayişlərində özünü göstərən dəri bu sezon Ralph Lauren, Givenchy, Marc Jacobs və s. brendlərin kolleksiyalarında həmişə gördüyümüzdən fərqli olaraq artıq ətək, uzun əlcək, don və şalvar kimi özünü göstərir.


Növbəti trend bu gönə qədər çox da aktual olmayan Purple-yəni açıq bənövşəyi və Burgundy-yəni bordo rənglərdir. Prada, Genny,  Louis Vuitton, Ermanno Scervino, Elie Saab, Bottega Veneta bu əlvan rənglərə bu sezon xüsusi diqqət ayırıb.
Elie Saab


Ayaqqabıda bu sezon uzunboğaz platform və ya dabansız çəkmələr və hündür qalın dabanlı ayaqqabılar üstünlük təşkil edir.

Gözəl görünmək diləyiylə...Hələlik!!

Günay ©

1 комментарий:

Kenul Quseyn комментирует...

Cox maraqli melumat elde etdim.Goy reng menim beyendiyim renglerdendir.Cox sagolun!Ugurlar!